Accessibility links

Moldovanun Vaşingtondakı Keçmiş Səfiri Cənubi Qafqazdakı Konfliklər Barədə Çıxış Edib - 2004-07-23


Moldovanın birləşmiş Ştatlardakı keçmiş səfiri və Moldova xarici işlər nazirinin keçmiş müavini Çeslav Çibanu Vaşingtonda yerləşən ABŞ Sülh İnstitutunda, keçmiş Sovet Respublikalarında “Dondurulmuş və Unudulmuş Konfliklər” barədə bir məruzə oxumuşdur.

Çeslav Çibanu ABŞ Sülh İnstitutunda etdiyi çıxışında Dağlıq Qarabağ, Dinyesteryanı ərazi, Cənubi Osetiya və Abxaziya problemlərini keçmiş Sovetlərin dondurulmuş və unudulmuş konflikləri adlandırmış bu problemlərin Qaradəniz və Xəzər regionunda sabitliyə manə olduğuna işarə etmişdir. O demişdir: Yeni müstəgilliyini əldə etmiş respublikalar barədə bunlardan daha mühüm, münaqişələrə səbəb olan və mübahisə olunan məsələ tapmaq çətindir. Dnyester yanı ərazi, Cənubi Osetiya, Abxaziya və Dağlıq Qarabağ problemləriylə artıq Qərbdə təkcə siyasi nümayəndələr və diplomatlar yox, sıravi əhali də tanışdır və bu, uzun müddətdən bəri davam edən promlemlərin həll edilməsi region üçün son dərəcədə əhəmmiyyətlidir. Bu konfliklərlə əlaqədar olan dörd yeni müstəgilliyini əldə etmiş Respublika, Moldova, Gürcüstan, Ermənistan və Azəzerbaycanı güclü dövlətlər olaraq nəzərdə tutmaq çətindir. Bu ölkələrin tamamında bir yerdə əhalinin sayı 20 milyondan az, ümum daxili məhsul isə 12 milyard dollardan azdır. British petruliumun illik pul dövriyyəsi belə bundan on iki dəfə çoxdur. Ayrılma tərəfdarı, üsyankar, yarı dövlət quruluşlarında əhalinin sayı və onların region və dünya üçün iqtisadi əhəmmiyyəti çox daha azdır. Ancaq bu konfliktlərin əhəmmiyyətini artıran amil onların baş verdiyi ölkələrin, böyük dövlətlərin güc mübarizəsinin davam etdiyi bir regionda yerləşmələridir. Gürcüstan, Azərbaycan və Ermənistan, Rusiya, Yaxın Şərq və Avropanın birləşdiyi bölgədə yerləşirlər. İraqdakı və Əfqanistandakı müharibələr isə bu regionun,Azərbaycan, Ermənistan və Gürcüstanın Rusiya, Türkiyə, İran və beynəlxalq ictimaiyyət üçün əhəmmiyyətini daha da artırmışdır. Moldova isə tarixi olaraq, Osmanlı, Avsturya- Macaristan və Rus İmperiyalarının təsiri altında qalmışdır. Ruminiyanın NATO-ya daxil olmasıyla, indi Moldovanın Evro-Atlantik Alyansı ilə 450 kilometr sərhəddi var. Səfir Çibano qeyd edir ki, Dnyester yanı ərazi probleminin həll edilə bilməməsi təkcə Moldovanın müstəgilliyini yox, eyni zamanda Cənubi Avropanın təhlükəsizliyini təhlükə qarşısında qoyur. Hərbi məlumatlar göstərir ki, Dnyesteryanı ərazidə azı 38 alazan döyüş başlığı radioaktiv material daşıya biləcək şəkildə dəyişdirilmişdir. Bu isə o deməkdir ki, artıq dünyanın birinci qurudan quruya çirkli bombaları bu ərazidə effektiv bir şekildə istehsal olumuşdur. Səfir Çibanu bunu da söyləyir ki, Azərbaycan, Ermənistan və Gürcüstanın daxil olduqları münagişələr nəticəsində 1.4 milyon adam didərgin düşmüşdür ki, bu regionun əhalisinin ondabirini təşkil edir.

XS
SM
MD
LG