Accessibility links

İraqda yaraqlılar Misir diplomatını girov götürüblər - 2004-07-24


İraqda yaraqlılar bir sıra xarici ölkə vətəndaşlarını girov götürürlər. Onlar indi də Misrin Bağdaddakı diplomatı Məhəmməd Mamduh Qütbini girov götürüblər. Bu barədə xəbəri Əl-Cəzirə tele-kanalı yayıb. Televiziya onu 6 nəfər maskalı yaraqlının əhatəsində nümayiş etdirib. Misir diplomatı cənab Qütb İraqın Baş Naziri Əyad Əlavinin Misrə səfərindən sonra Bağdada gedib. Onu girov götürən yaraqlılar özlərini İraqda Şirlərin Allah batalyonu adlandırıblar. Onlar Misrin İraqın təhlükəsizlik qüvvələrinə təlim verməsinə etiraz olaraq diplomatı girov götürdüklərini deyiblər. Əgər Misir bu işdən əl çəkməsə girovü qətlə yetirəcəklərini bildiriblər. Dəməşqdə səfərdə olan İraqın Baş Naziri Əyad Əlavi Misri yaraqlıların tələblərini yerinə yetirməməyə çağırıb. Misir Hərbi Qüvvələri Strategiya Mərkəzinin keçmiş direktoru general Hossam deyib ki, Misir İraq üsyançılarının tələbini yerinə yetirməyəcək.

XS
SM
MD
LG