Accessibility links

Dəmiryol qəzasına görə dəmiryolçular ittiham edilir - 2004-07-24


Türkiyədə 37 adamın ölümünə səbəb olmuş sürətli qatarın qəzaya uğraması ilə bağlı üç dəmiryol işçisi ehtiyatsızlıq ittihamı ilə həbs edilib. Türkiyə qəzetləri isə höküməti hadisənin əsl səbəblərini ört-basdır etməkdə günahlandırır. Həbs edilmiş dəmiryol işçilərinin vəkilləri bildiriblər ki, qəzaya görə bütün məsuliyyət maşinistin və iki texniki işçinin üzərinə atılmamalıdır. Rəsmi şəxslər qəzanın səbəblərini hələ də araşdırırlar. lakin Türkiyənin nəqliyyat naziri Binalı Yıldırım bu gün müxbirlərə bildirib ki, qatar qəzaya uğradığı ərazidə nəzərdə tutulmuş sürət limitindən saatda 40 kilometr artıq sürətlə hərərkat ediridi. Dəmiryolçular isə bunu rədd edirlər.

XS
SM
MD
LG