Accessibility links

Şirin İbadi jurnalistin qatlinin cəzalandırılacağına söz verir - 2004-07-25


Nobel sülh mükafatı Şirin İbadi İran mənşəli kanadalı jurnalist Zəhra Kaziminin qatili tapılmayana qədər sakit olmayacağını bəyan edib. Qətlə yetirilmiş jurnalistin ailəsini təmsil edən xanım İbadinin bugünkü açıqlamaları dünən İran məhkəməsinin qətldə ittiham edilmiş kəşfiyyat orqanının işçisinə bəraət qazandırmasından sonraya təasdüf edir. Şirin İbadi deyib ki, o, qərarla bağlı apellasiyaya müraciət edəcək və lazım gələrsə, məsələni beynəlxalq məhkəmə səviyyəsinə çıxaracaq. Şirin İbadinin insan haqları qrupu yüksək səviyyəli rəsmini məsuliyyətdən azad edərək günahsız bir adamı təqib etməkdə itiham edib.

XS
SM
MD
LG