ABŞ Demokratlar Partiyasının qurultayı bu gün Bostonda başlayıb. Con Kerrinin rəsmi olaraq Demokratların Prezidentliyə namizəd elan ediləcəyi qurultay Amerikalıların diqqətinin seçki kampaniyasına xüsusilə də, Kerriyə cəlb olunmasına kömək edəcək.
Demokratlar və Respublikaçılar partiyalarının prezident seçkilərindən bir neçə ay əvvəl təşkil etdikləri partiya qurultaylarının əsas məqsədi partiyanın prezident namizedini müəyyən etmək olsa da bu il Con Kerri qurultayda rəqibsiz olaraq iştirak edəcək. Çünki o qurultayda səsvermə hüququ olan kifayəti qədər nümayəndənin himayəsini qazanıb. Respublikaçılara gəldikdə adətən Prezidentin ikinci dövr üçün partiyanın namizedi olması gözlənilir. Buna baxmayaraq Namizedlik üçün prezidentə kimsə rəgib ola bilər. Amerikada partiya qurultaylarına medya da geniş yer verilir. Telekanalların bəziləri xəbər proqramlarını qurultaydakı mətbuat otaqlarından verirlər. Vaşington Times qəzetinin yazdığına görə demokratların qurultayında 5 min nümayəndə, 15 min dinləyici və partiyanı dəsdəkləyən tanınmış şəx iştirak edir. Medyadan da 15 min müxbir, şərhçi və texniki işçi qurultayın ışıqlandırılmasına çalışır. Bu il Bostonda keçirilən qrultayın bir cəhəti isə terrorçuluq hədəsinə görə təhlükəsizlik tədbirlərinin həddən artıq dərəcədə sıx olmasıdır.
Masaçuset Ştatının valisi Mitt Romney isə qurultay zalında və ümumiyyətlə Bostonda qurultay müddətində təhlükəsizliyin təmini üçün üç min polis və hərbiçinin fəaliyyət göstərdiyini bildirib. Qurultayın təhlükəsizliyi 50 milyon dollara başa gələcək. Mitt Romney özünü əksəriyyətin demokrat olduğu Masaçusetdə tənha respublikaçı adlandırır. O demokrta rəqiblərinin siyasətiylə razılaşmasa da onları Bostonda salamlamaq arzusundadır.
Bu mənim üçün siyasi fəaliyyət vaxtı deyil. Mən demokratları ev sahibi olaraq Bostonda salamlamalıyam. Mən onların qurultaylarının uğurlu keçməsini arzu edirəm. Əlbəttə ümid edirəm ki, onların namizədi Prezident seçkilərində məğlub olacaq.
Qurultayın birinci günündə Demokratlar partiyasından keçmiş prezidentlər Cimi Karter və Bill Klinton çıxış edəcək. Qurultayda başqa qabaqcıl demokratlar, senatorlar və kongresmənlər də çıxış edəcəklər. Demokratların strategiyası qurultay müddətində müsbət mövqedən çıxış etmək, Prezident Buşu çox kəskin təngid etməməkdir. Nyu York Tayms yazır ki, qurultay içtirakçıları mənfi kampaniya aparmaq istəmirlər və öz namizədlərinin görəcəyi işlər, ölkəyə xidmətləri haqqında danışmaq istəyirlər.
Keçmiş Prezident Bill Clinton bu axşam edəcəyi çıxış haqda aşağıdakıları söyləmişdir. "Mən tanıdığım və hörmət etdiyim Con keri haqqında, onun nə qədər əla bir prezident olacağı haqqında danışmaq istəyirəm. İndiki vaxtda o, Prezidentlik vəzifəsini layiqiylə yerinə yetirə biləcək bir adamdır. Mən onun həm bütün Amerikalılar üçün xeyirli olacaq qərarlar qəbul edəcəklərinə inanıram".
Onu da qeyd edək ki, qurultay müddətində, İraq müharibəsinin, qlobal ticarətin əleyhinə olan və başqa qruplar da etiraz nümayişləri təşkil edəcəklər.