Accessibility links

İraq ümummilli konfransı təxirə salınıb - 2004-07-29


Şənbə günü keçirilməli olan İraq ümummilli siyasi konfransının vaxtı iki həftə sonraya keçirilib. Hazırlıq komitəsinin üzvü bu addımın BMT-nin təzyiqi altında atıldığını bildirib. Mindən çox nümayəndənin təmsil olunduğu konfrasda 100 nəfər üzvü olacaq müvəqqəti milli şura yaradılacaq. Bu addım İraqın demokratiyaya keçidində həyati bir mərhələdir. Bu həftənin əvvəlində BMT-nin İraqdakı nümayəndəsi konfransın təşkilatçılarını məclisi təxirə salmağa səsləmişdi. Onun fikrincə bu hərəkət konfrasda İraqlıların təmsilçiliyinin daha mükəmməl təmin olunmasığndan ötrü vacibdir. Bu arada Polşa İraqda uzaqdan idarə olunan mina qurğusu vasitəsilə 1 əsgərinin öldürüldüyünüə 3-nün isə yaralandığını bvildirir. Amerikalılar isə Həvcə yaxınlığında 1 əsgərin öldürüldüytünü xəbər verirlər.

XS
SM
MD
LG