Dünən Senator Con Kerri rəsmən Demokrat Partiyasından prezidentliyə namizədliyi qəbul etdi. Konvensiyanın sonuncu günündə çıxış edən Con Kerri növbəti seçkilərin həyati əhəmiyyət kəsb etdiyini dedi.
Senator Kerri özünün həyatda ən mühüm çıxışını etmək üçün tribunaya qalxdıqca Bostonda qurultaya toplaşmış izdiham guruldamağa başladı. Massaçusetsli senator əvvəldən başlayaraq Noyabrda keçiriləcək prezident seçkilərinin qeyri-adi olduğunu dinləyicilərin nəzərinə çatdırdı. "Bu həyatımızın ən mühüm seçkisidir. Uduza biləcəyimiz çox şey var. Biz müharibə dövrünü yaşayırıq -- növünə əvvəllər rast gəlmədiyimiz düşmənə qarşı aparılan qlobal müharibə dövrünü. Burda vətəndə maaşlar azalır, tibbi xidmət bahalaşır, və orta sinif getdikcə kiçilir."
Qurultay başlamamışdan öncə cənab Kerrinin müşavirləri demişdilər ki, onların bu qurultayda məqsədi namizədlərini Amerika ictimaiyyətinə təqdim etmək olacaq, və bu yönümdə onlar Senator Kerrinin Vyetnamdakı hərbi xidmətini və millit təhlükəsizlik məsələlərindəki fəaliyyətinəi xüsusilə vurğulayacaqlar.
Öz çıxışında Demokrat namizdə bildirdi ki, uzun müddət Birləşmiş Ştatlar senatoru qismində milli təhlükəsizlik məsələləri üzərində illərlə çalışıdqdan sonra o, Ali Baş Komandan olmağa hazırdır: "Kimsə şübhə etməsin ki, lazım gələrsə mən heç zaman hərbi qüvvədən istifadə etməkdən çəkinməyəcəyəm. Hər hansı hücum cəld və mütləq cavabla qarşılanacaq. Mən heç bir başqa dövlətə ya təşkilata öz milli təhlükəsizlik məsələlərimizdə veto hüququ verməyəcəyəm. Mən Amerika hərbisini daha da qüdrətləndirəcəyəm."
Cənab Kerri deyir ki, o, bir prezident kimi Amerikanın kəşfiyyat idarəsini təkmilləşdirəcək və onu siyasi təsirdən qoruyacaq.
Mən dərhal kəşfiyyat sistemində islahat aparacağam ki, qoy bu idarənin fəaliyyətini siyasət yox, faktlar müəyyənləşdirsin. Və prezident kimi mən bizim millətin tarixin sınağından çıxmış ənənəsini geri qaytaracağam. Bu ənənənə odur ki, Amerika Birləşmiş Ştatları heç zaman müharibəyə istəyinə görə yox, məcburiyyət qarşısında gedir.
Sonra Senator Kerri ümummilli seçkilərdəki rəqibi Prezident Buşa birbaşa olaraq qeyri-adi müraciət etdi:
“Mən bu növbəti sözlərimi Prezident Corc Buşa ünvanlamaq istəyirəm. Qarşıda gələn həftələrdə gəlin nikbin olaq, təkcə rəqib yox. Gəlin Amerika ailəsində birliyə çalışaq, ayrılığa yox. Gəlin bu millətin rəngarəngliyini qoruyaq, bir-birimizə hörmət edək, və öz siyasi məqsədlərimizə nail olmaqdan ötrü Amerika tarxinin ən zinətli sənədi olan Birləşmiş Ştatlar Konstitutsiyasından sui-istifadə etməyək.
Demokratları nikbin adlandıran Cənab Kerri sabiq prezident Bill Klintonun idarə etdiyi 8 il müddətində əldə olunan iqtisadi irəliləyişləri önə çəkərək bunların bir daha mümkün olduğunu söylədi.
Qurultay bitdikcə 100 mindən çox qırmızı, göy və ağ şarlar tavan yerə enməyə başladı. Demokratlar ümid edirlər ki, qurultayın 4 gün diqqət mərkəzində olması seçicilər arasında partiyanın reytinqinin qalxmasına təkan verə bilər. Respublikaçılar da gələn ay Nyu Yorkda keçirəcəkləri qurultay vasitəsilə eyni qalxıma ümid bəsləyirlər.
Siyasi mütəxəssislərin fikrincə isə seçicilərin bərabər şəkildə bölünməsi və qərara gəlməmiş seçicilərin sayının azlığı reytinqlərdə kəskin dəyişikliyi qeyri-real edir.
Senator Kerri və Vitse-Prezidentliyə namizdə Con Edvardz növbəti iki həftəni bütün Amerika boyu seçki kampnaiyası aparmaqla keçirəcəklər. Bu işdə onlar öz diqqətlərini əsasən Noyabrdakı seçkilərdə həlledici rol oynayacaq ştatlara yönəldəcəklər.