Accessibility links

Əfqanıstanda rəsmi şəxs qətlə yetirilib - 2004-07-31


Əfqanıstanın cənubunda bir rəsmi şəxs öz cangüdəni ilə birlikdə İslamçı yaraqlılar tərəfindən hücum nəticəsində qətlə yetirilib. Rəsmilər deyirlər ki, insident Pakistanla şimal sərhəddəki Helmand vilayətində baş vermişdir. Bu hücum haqda əlavə məlumat verlməyib. Baş verən hücumların hələ 2001-ci ildə vilayətdən qovulmuş Taliban qalıqları tərəfindən həyata keçirildiyi etimal edilir. Yaraqlılar oktyabr ayında Əfqanıstanda keçiriləcək prezident seçkilərini pozmağa and içiblər.

XS
SM
MD
LG