İran məhkəməsi “müsəlmanlar meymun deyil və kor-koranə lider dalınca getməyəcək” dediyinə görə iki ilə yaxın həbsdə olan dissident, professor Ağacərını pullu zəmanətə götürməklə azad edilməsi qərarını çıxarıb. Haşim Ağacərinin vəkili Saleh Nikbaxt bu gün Ağacərinin dostu tərəfindən yüz min dollar məbləğində zəmanət qoyulduqdan sonra professorun azadlığa buraxıldığını deyib. Ağacərinin azad edilməsində 160 nəfərin öz köməyini təklif etdiyi bildirilir. Xatırladaq ki, akademik və İran-İraq müharibəsinin veteranı, professor Ağacəri bundan əvvəl ölüm cəzasına məhkum edilmişdi.