Accessibility links

Bakı şəhərinin keçmiş meri Rəfael Allahverdiyev Respublika Prokurorluğuna çağrılıb - 2004-08-02


Bakı şəhərinin keçmiş meri, Milli Məсlisin deputatı Rəfael Allahverdiyev dindirilmək üçün Respublika Prokurorluğuna çağrılıb. Onun prokurorluğa çağırlması bir sıra mətbuat orqanlarına iqtidarı tənqid edən musahibələrindən sonraya təsadüf edir. Jurhalist təşkilatları qəzetlərə və jurnalistlərə qarşı təzyiqlərin davam etdiyini bildirir. Jurnalistlər və ictimaiyyətin nümayəndələri baş verənlərlə bağlı ölkə prezidentinə müraciət qəbul edib. Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyası Xarici İşlər nazirliyi qarşısında piket keçirməyə cəhd edib. Partiya fəalları bu ilin sentyabrında NATO-nun Bakıda keçiriləcək hərbi səhra təlimlərində Ermənistan nümayəndə heyətinin iştirakına etiraz edir. İran və Azərbaycan prezidentlərinin imzalayacağı on sənəd razılaşdırılıb. İran prezidenti bu il avqusutun 5-6-da Azərbaycanda səfərdə olacaq.

XS
SM
MD
LG