Accessibility links

Sudan ordusu BMT-nin qətnaməsini tənqid edib - 2004-08-02


Sudan ordusu BMT-nin Darfur münaqişələ bağlı qətnaməsini “müharibənin elan edilməsi” kimi qiymətləndirib və regiona hər hansı xarici hərbi müdaxiləyə qarşı mübarizə aparacağını bəyan edib. Silahlı qüvvələrin mətbuat katibi general Məhəmməd Bəşir Süleyman rəsmi “Əl-Ənbə” qəzetinə müsahibədə bildiirb ki, qətnamə regiona xarici hərbi qüvvələrin göndərilməsi üçün bir bəhanədir. Keçən həftə BMT-nin Təhlükəsizlik Şurası Darfurda vəhşiliklərdə ittiham olunan ərəb militantlarını 30 gün ərzində tərksilah etməsə, Sudan hökumətinə qarşı iqtisadi və diplomatik tədirlər həyata keçirməklə hədələmişdi. Burada hərbi qüvvə işlədilməsi nəzərdə tutulmamışdır.

XS
SM
MD
LG