Accessibility links

İran prezidentinin  səfəri qabağı bir sıra İran qəzetləri Azərbaycan əleyhinə məqalələr çap edib - 2004-08-03


“Tehrantimes” qəzeti Azərbaycan-İran sərhəddində ABŞ hərbi qüvvələrinin zabitlərinin komandanlıq edəcəyi Azərbaycan hərbi qüvvələrinin yerləşdiriləcəyini yazır. Qəzetin yazdığına görə, Azərbaycanın İranla sərhəddində yaxınlarda yerələşdiriləcək hərbi qüvvələrə rəhbərlik edəcək ABŞ zabitləri təhlükəsizlik, sərhəd və kəşfiyyat məsələləri ilə bağlı xüsusi təlimlər keçib. Azərbaycan xarici işlər nazirliyi isə qəzetin məlumatını təkzib edib və absurd adlandırb. İran nümayəndə heyəti imzalanacaq sənədlər üzərində işi davam etdirmək məqsədilə Azərbaycana gəlib. İranla Azərbaycan arasında bütün sferaları əhatə edəcək çoxlü sayda sənədlərin imzalancağı gözlənilir. Bakıdakı Xəzər Aaraşdırmalar mərkəzinin prezidenti, politoloq Vəfa Quluzadə ilə İran prezidenti Məhəmməd Hatəminin Azərbaycana səfəri barədə müsahibə. Politoloq Azərbaycanın İranla bütün sahələrdə əlaqələrinin inkişafına tərəfdardır.

XS
SM
MD
LG