Accessibility links

Britaniyalılara terror təhlükəsi ilə bağlı məlumat verilmir - 2004-08-03


Britaniyanın mühafizəkar partiyasının üzvü Deyvid Deyvis baş nazir Toni Bleyerin bu yaxınlarda aşkar edilən terror planına münasibətini kəskin tənqid edib. Cənab Deyvis deyib ki, baş nazir Britaniyaya qarşı təhlükə ilə bağlı dəqiq məlumat verməlidir. Partiya sözçüsü britaniyalıların təhlükə ilə bağlı məlumatı Britaniyadan deyil, Amerikadan aldıqlarını deyib. Britaniyada təhlükəsizlik səviyyəsi ən yüksək nöqtəsinə yüksəl də, Bleyer hökuməti heç bir spesifik məlumatla çıxış etmir.

XS
SM
MD
LG