Accessibility links

Əl-Qaidənin Pakistandaki 18 üzvü həbs edilib. - 2004-08-06


Pakistandakı Əl-Qaidə terror şəbəkəsilə yaxın əlaqəsi olduğundan şübhələnilən daha 18 nəfərin həbs edildiyi bildirilir. Pakistanın kəşfiyyat orqanının rəsmiləri bildirirlər ki, bu gün səhər təhlükəsizlik qüvvələri Lahor şəhərində həyata keçirdikləri reyd vaxtında 18 nəfəri həbs ediblər. Daxili İşlər Naziri Əbdür Rauf Chaudrynin verdiyi məlumata görə tutulanların çoxu dindirilib. Bu son iki həftə ərzində Pakistanda 200- dən çox adam həbs edilib Pakistanın rəsmiləri tutulanların arasında Əl-Qaidənin yüksək vəzifəli üzvü Əhməd Xalfan Ghailaninin də olduğunu və Əl-Qaidə barədə mühüm məlumatlar əldə etdiklərini bildirirlər.

XS
SM
MD
LG