Accessibility links

Fələstinin iki naziri istefa verib - 2004-08-07


Gəzza bölgəsində hərcmərcliyin davam etməsi ilə əlaqədar Fələstinin iki nazirinin vəzifəsindən istefa verdiyi bildirilib. Fələstinin Ədliyyə Şurasının başçısı Nahid Əl-Rəyis deyir ki, o, öz istefasını keçən çərşənbə günü bəyan etmişdi. Lakin bunu Fələstinin baş naziri Əhməd Qureya təsdiq etməli idi. Reyter Xəbərlər Agentliyi nazirin dediklərinə əsaslanaraq bildirir ki, onun istefasının səbəbi hərcmərcliyin və xaosun günügündən artması və vəziyyətin getdikcə pisləşməsidir. O, eləcə də əlavə edib ki, istefanın səbəblərindən biri də ona lazımi qədər səlahiyyətlərin verilməməsidir. Bir neçə ay bundan əvvəl Fələstin lideri Yasir Ərafat Ədliyyə Şurasını təyin edərkən oraya nazirliyi faktiki olaraq nəzarət altına alan özünə yaxın adamları qoymuşdu. Bununla da ölkənin ədliyyə suistemi müstəqilliyini itirmiş və Ərafatın tabeçiliyində olan bir quruma çevrilmişdir. Verilən xəbərdə eləcə də bildirilir ki, planlaşdırma naziri Nabil Qasis də vəzifəsindən istefa verərək İordan Çayının Qərb sanilindəki Bir Zenit Universitetinə prezident vəzifəsinə təyin edilmişdir. Beynəkxalq ictimaiyyət Fələstindən hakimiyyəti bacarıqsız və rüşvətxor adamlardan təmizləməsini tələb edir. Fələstində insanlar yaranmış vəziyyətlə əlaqədar kücələrə çıxıb öz narazılıqlarını bildirir, bəzi qruplar isə Qəzza bölgəsinin polis rəisi də daxil edilməklə Fələstin rəsmilərini girov götürürlər. Bunların içərisində Əfqanıstana işləməyə gəlmiş bir neçə xarici vətəndaş da var. Xatırladaq ki, baş nazir Əhməd Qureya da keçən ay istefa vermək istədiyini bildirmişdi. Lakin prezident Yasir Ərafat onun istefasını qəbul etməmişdi.

XS
SM
MD
LG