Accessibility links

Əfqanıstanın seçki komissiyasının üzvləri qətlə yetirilir - 2004-08-07


Əfqanıstan rəsmiləri bildirirlər ki, Taliban döyüşçülərinin hücumu nəticəsində seçki komissiyasının iki üzvü həlak olub. Uruzqan vilkayətinin valisi Can Məhəmməd Xan deyib ki, cümə günü Taliban döyüşçüləri seçicilərin qeydiyyat məntəqəsini raket və qombara atəşinə tutmuşlar. Taliban döyüşçülərinin nümayəndəsi bu hücumun məsuliyyətini üzərinə götürüb. Oktyabrın 9-da Əfqanıstanda ilk dəfə olaraq prezident seçkiləri keçiriləcək. Taliban döyüşçüləri son vaxtlar BMT əməkdaşlarına, ölkənin yenidən qurulmasına yardım edən şirkətlərin işçilərinə, seçki komissiyasının üzvlərinə, Əgfqan və Birləşmiş Ştatların hərbi qüvvələrinə qarşı hücumlar təşkil edirlər.

XS
SM
MD
LG