Accessibility links

İraqda döyüşlər davam edir - 2004-08-11


İraqın mərkəz və cənub bölgələrində Birləşmiş Ştatlar və Britaniyanın hərbi qüvvələri ilə şiə yaraqlılar arasında döyüşlər davam edir. Nəcəf şəhərində Birləşmiş Ştatların hərbi qüvvələri İraqın hərbi hissələrilə birlikdə radikal ruhani Müqtəda Əl-Sədrə sadiq yaraqlılara qarşı geniş əməliyyata hazırlaşır. İraqın vitse prezidenti İbrahim Əl-Cəfəri ərəb televiziyası vasitəsilə etdiyi çıxışında Birləşmiş Ştatların başçılıq etdiyi çoxmillətli hərbi qüvvələri Nəcəf şəhərini tərk etməyə çağıraraq bildirib ki, Nəcəfi yalnız İraqın hərbi hissəsi müdafiə etməlidir. Amara şəhərində Britaniyanın hərbi qüvvələri ilə yaraqlılar arasında döyüşlər baş verib. Nəticədə 10 yaraqlı öldürülüb. Bağdadın şimalında Xan Bəni Səad kəndinin bazarında baş verən bomba partlayışı nəticəsində 6 nəfər həlak olub, 10 nəfər bədən xəsarəti alıb. Bu arada İranın ali dini rəhbəri Ayatulla Əli Xameneyi Birləşmiş Ştatları Nəcəfdə həyata keçirdiyi hərbi əməliyyatlarına görə kəskin qınayaraq, müsəlmanların bu cinayətləri unutmayacağını bildirib.

XS
SM
MD
LG