Accessibility links

ABŞ-ın müdafiə naziri Ukraynadadır - 2004-08-13


Ukraynanın müdafiə naziri Yevhen Marçuk 1600 əsgərdən ibarət hərbi qüvvəni İraqda saxlamaq niyyətində olduğunu bildirib. O, bu bəyanatı Birləşmiş Ştatların müdafiə naziri Ronald Rumsfildlə Krım danışıqlarından sonra verib. Cənab Rumsfild Ukrayna prezidenti Kuçma ilə də görüş keçirib. Birləşmiş Ştatların müdafiə naziri Rumsfild sabah Sankt- Peterburqda rusiyalı həmkarı Serqey İvanovla görüşəcək.

XS
SM
MD
LG