Accessibility links

Gürcü-Osset çaxnaşmalarında 2 Gürcü əsgəri öldürülüb - 2004-08-16


Gürcüstanın rəsmiləri Cənubi Osetiya ilə atəşkəs müqaviləsinin bağlamasına baxmayaraq atışmalatrda iki gürcü əsgərin həlak olduğunu bildirirlər. Gürcüstan hərbi qüvvələrinin nümayəndəsi deyir ki, Rusiya tərəfdarı Cənubi Osetiyadan qeyri-nizamı hərbi qüvvələrin minomyot və avtomat atəşləri nətisəsində iki gürcü əsgəri qətlə yetirilmişdir. Cənubi Osetiyanın rəsmiləri atışmanın başlanmasının təqsirini Gürcü hərbi qüvvələrinin üzərinə ataraq bildiriblər ki, Gürcü hərbi qüvvələrini ilk olaraq Cənubi Osetiyanın bir neçə kəndini və paytaxt Sxinvalinin ətraf məntəqələrini atəşə tutmuşdur. Keçən şənbə Rusiya və ATƏT-in yardımı ilə tərəflər arasında atəşkəs müqaviləsi imzalanmışdı. Rusiyanın regionda rulu çoxdur və ondan çox il əvvəl Cənubi Osetiya Gürcüstanın təkibindən çıxdıqdan sonra, Cənubi Osetiyanı himayə edir. Həmin tarixdən bəri Gürcü və Rusiyanın sülhməramlı hərbi qüvvələri sərhəd bölgələrində keşik çəkilər. Laik bu son zamana qədər bu bölgə sakit idi. Cənubi Osetiyalılar həm də Rusiyanın vətəndaşıdır. Orada rubl işlənilir. Keçən noyabr ayında küçə etirazları nəticəsində cənab Mixail Saakaşvili hakimiyyət başına gəlmişdi. O, bu ilin əvvəllərində Gürcüstandan ayurılmaq istəyən Batominin lideri Aslan Abaşidzeni hakimiyyətdən devirmişdi. Prezident Saakaşvili deyir ki, Cənubi Ostiya və Abxaziyanı yenidən Tbilisi mərkəzi hakimiyyətinin nəzarəti altına çevirməyə səlahiyyətə malikdir.

XS
SM
MD
LG