Accessibility links

İran xarici işlər naziri BMT-ni Nəcəfdəki olaylara qarışmağa səsləyib - 2004-08-16


İran xarici işlər naziri Kamal Xərrazi Birləşmiş Millətlər Təşkilatını cənubi İraqda yerləşən Şiələrin müqəddəs Nəcəf şəhərində effektiv rol oynamağa çağırmışdır. İran dövlət xəbərlər agentliyinin verdiyi məlumata görə cənab Xərrazi bu müraciəti özünün BMT Baş Katibi Kofi Annanla telefon söhbətində etmişdir. Cənab Xərrazi deyib ki, Birləşmiş Ştatlar hərbi qüvvədən istifadə etməklə İraq xalqının heysiyyatına toxunub. Bu arada İran hökuməti sözçüsü İraqın həmin ölkədə girov götürülmüş İranlı diplomatın həyatı üçün məsuliyyət daşıdığını bildirib.

XS
SM
MD
LG