Accessibility links

İraq nümayəndələri Muqtada əl-Sədrdən silahı yerə qoymağı tələb edir - 2004-08-17


Şiələrin müqəddəs şəhəri olan Nəcəf partlayış və atəş səsləri altında titrədikcə, İraqın dini və siyasi xadimlərdən ibarət olan nümayəndə heyəti həmin şəhərə təşrif buyurub. Bağdadda toplaşmış milli siyasi konfrasın rəhbərliyi dünən Nəcəfə 8 nəfərlik nümayəndə heyəti qərarına gəldi. Nümayəndə heyətinə radikal Şiə ruhanisi Moktada əl-Sədrin qohumu Şeyx Hüseyn əl-Sədr başçılıq edir. O, deyib ki, nümayəndələr danışıqlar aparmağa yox, konkret tələblərlə gəliblər. Bu tələblərə görə əl-Sədrin tərəfdarları silahı yerə qoymalı, müqəddəs dini ocaqları tərk etməli və siyasi prosesə qoşulmalıdırlar. Bu arada Bağdadda minamyotdan izdihamla dolu küçəyə açılmış atəş nəticəsində 7 nəfər insan ölmüş, 40 nəfər isə yaralanmışdır.

XS
SM
MD
LG