Accessibility links

Nepal hökuməti üsyançıların tələbini qəbul edib - 2004-08-20


Nepal hökuməti üç gündür paytaxt Katmanduya girişi və çıxışı bağlamış maoçu üsyançıların əsas tələbini yerinə yetirməyə razılıq verib. Qərar üsyançıların atəş açması və Katmanduda bomba partlatmasından bir neçə saat sonra verilib. Rəsmilər itkin düşmüş fəalların harada olmasını və onların vəziyyətini öyrənib bu haqda məlumatı açıqlayacaqlarını bəyan ediblər. Maoçu üsyançılar bununla yanaşı, hökumətin həbsxanada olan yaraqlıları azad etməsini və maoçuların qətllərini təhqiq etməsini istəyirlər.

XS
SM
MD
LG