Accessibility links

Sudan hökuməti qaçqınları məcburi geri qaytarmayacaq - 2004-08-21


Sudan hökuməti bildirir ki, vətəndaş müharibəsi nəticəsində Darfur regionundan gəlmiş bir milyondan artıq qaçqını geriyə qayıtmağa məcbur etməyəcək. Bildirildiyinə görə məcburi köçkünlərin geriyə qaytarılmasının ancaq könüllü şəkildə olacağı barədə bu gün Beynəlxalq Miqrasiya Təşkilatının manitorinq qrupu hökumətlə razılıq əldə edib. Bu addım Darfurda yardım işçilərinin Sudan hökuməti tərəfindən bəzi qaçqınları zorla geri qaytarması barədə ittihamlarından sonra atılıb. Darfurda ərəb militantları ilə iki qiyamçı qrup arasında gedən döyüşlər bir milyondan çox adamı didərgin salıb.

XS
SM
MD
LG