Accessibility links

Bu gün Olimpiya oyunlarının 10-cu günüdür - 2004-08-23


Beynəxlaq Olimpiya oyunlarının 10-cu günü daha 18 qızıl medal əldə edilib. Bu gün Cənubi Koreya və oyunlara ev sahibliyi edən Yunanıstan qaliblər sırasında yer alıblar. Yunan idmançı Atanasiya Tsoumeleka qadınlar arasında 20 km-lik yürüşdə ölkəsinə ilk qızıl medal qazandırıb. Cənubi Koreyalı stolüstü tennis üzrə idmançı çinli rəqibini məğlub edib. Bugünkü yarışlar ağırlıq qaldırma, qadınlar arasında güləşin 4 kateqoriyası, habelə velisoped kimi idman növlərini əhatə edir.

XS
SM
MD
LG