Accessibility links

Bir Qrup Vyetnam Müharibəsi Veteranının Reklamı Con Kerriyi Çətin Vəziyyət Qarşısında Qoyub - 2004-08-23


Birləşmiş Ştatlarda Prezidentlik uğrunda gedən siyasi mübarizə son həftələrdə Demokratların Prezident Namizedi Con Kerri haqqında televiziyalarda göstərilən mənfi xarekterli reklam üzərində cəmləşib. Respublikaçı partiya ilə bir başa əlaqəsi olmayan bəzi Vyetnam müharibəsi veteranlarının təşkil etdiyi bir qrup verdiyi reklamda Con Kerrinin Vyetnam müharibəsində medallar almasına gətirib çıxardan qəhrəmanlıqları barədə suallar qaldırır. Reklam çoxlu Vyetnam müharibəsi veteranından rəgbət görüb. Beləki Kerrinin veteranlar arasında reytingi bundan üç həftə əvvəl 55 faiz olsa da indi 34 faizə enib. Kerri kampaniyası əvvəlcə bu elana çox əhəmmiyət verməsə də keçən həftə demək olar əks hücuma keçib. Demokratlar medyaya verdikləri müsahibələrdə həmin elanı böhtan adlandırıb, onun arxasında Respublikaçılar və Prezident Buşun dayandığını irəli sürürlər. Respublikaçılar isə müstəgil qrupların həmişə Prezident Buş əleyhinə reklamlar yayımladıqlarını xatırladır və Veteranların reklamıyla Prezident Buşun əlaqəsi olmadığını deyirlər. Keçən həftə radio və televiziyalarda dəirmi stol və talk şovların mühüm bir hissəsində bu məsələ müzakirə olunub. Prezident Buş CNN telekalanına verdiyi müsahibədə Con Kerinin hərbi xidmətinə qiymət verdiyini desə də münaqişələrə səbəb olan reklamı məhkum etməmişdir. O bunun əvəzinə partiyalardan kənarda fəaliyyət göstərən müstəgil qrupların siyasi reklamlarını ümumi olaraq pisləmiş onların qadağan edilməsinə tərəfdar olduğunu söyləmişdir. Demokratlar veteranların reklamının Con Kerinin reytinginə təsirini azaltmaq üçün həmin reklamla əlaqədar Prezident Buşu ittiham edən bir reklam yayımlamağa başlamışlar. Onlar respublikaçıları böhtan kampaniyasında ittiham etsələr də respublikaçılar buna işarə edirlər ki, müstəqil qrupların, namizedlər əleyhinə yayımladıqları mənfi reklamların 80 faizi Prezident Buş əleyhinə yayımlanan reklamlardır. Qalan iyirmi faizi isə Con Kerri əleyhinə yayımlanan reklamlar təşkil edir. Veteranların reklamı mətbuatda da geniş yer almışdır. Bir qayda olaraq Demokratları dəsdəkləyən qəzetlərin çoxu Kerriyi müdafiyəyə davam etsələr də, onlardan biri, Vaşington Post məsələyi çox ətraflı olaraq tətqiq etmişdir. Əvvəlcə Kerinin Vyetnamdakı hadisələr haqqında dediklərinin tam düzgün oduğu deyilsə də Vaşington Postun araşdırması göstərmişdir ki, Kerri kampaniyası da hadisələri həqiqətda olduğundan biraz fərqli göstərməyə çalışmışdır. Veteranların reklamı da hadisələri düzgün ışıqlandırmamışdır. İki tərəf də Kerinin rekordu ilə əlaqədar sənədlərin nüsxələrini Vaşington Posta verməkdən imtina etmişlər. Qeyd edək ki, İyul ayındakı qurultaydan bəri Demokratlar Con Kerinin yaxşı bir baş komandir olacağını deyir, onun Vyetnamdakı qəhramanlıqlarını buna nümunə kimi göstərirdilər. İndi isə bəzi veteranlar Con Kerrini müharibədəki xidmətindən siyasi məqsədlə istifadə də etməkdə ittiham edirlər.

XS
SM
MD
LG