Accessibility links

Olimpiya yarışlarında bu gün 13 qızıl medal əldə edilib - 2004-08-24


Afinada keçirilən yay olimpiyada oyunlarının ətrafında ehtiraslar daha da qızışmışdır. İdmançıların sürəti və çevikliyi bir daha onların məharətini müəyyən etdi. Bu gün daha 13 qızıl medal layiqlərinə təqdim edilmişdir. Bugünkü yarışlar ağırlıq qaldırma, suya tullanma, atsürmə, habelə velisoped kimi idman növlərini əhatə edir. Beysbol və futbol yarışları artıq yarı-finala daxil olub. Kişilər arsında həndbol, qadınlar arasında volleybol yarışlarının isə 4-ə bir final yarışları başlanmalıdır. Olimpiya oyunlarının başa çatmasına isə beşcə gün qalır. Yarışların təşkilatçıları bilet satışıdan gözlədikləri nailiyyəti əldə ediblər. Onlar 3.4 milyon bilet satmağı planlaşdırmış, lakin prosesin zəiflyini nəzərə alaraq, satışı 3.1 milyona endirmişdilər. Dünən 58 min biletin satılması ilə ümumi satış göstəricisi 3.4 milyona yüksəlmişdir. Ümumi yerlərin sayı 5.3 milyon təşkil edir. Biletlərin əksəriyyəti yarım-final və final yarışları zamanı satılmışdı. Lakin avqust ayının 29-u qapanış mərasiminə düşmək istəyənlərin hələ də şansı var.

XS
SM
MD
LG