Accessibility links

Ayətullah Əli Sistani İraqa qayıdıb.  - 2004-08-25


Şiələrin tanınmış ruhanisi Ayətullah Əli Sistani Londonda müalicə oldunduqdan sonra İraqa qayıdıb. Ayətulla Əli Sistani İraq polisi və milli qvardiyasının müşayəti ilə Küveytdən İraqa gəlib. O, Nəcəfə getməzdən əvvəl Bəsrə şəhərində dayanıb. Onun nümayəndəsi deyib ki, Ayətulla iraqlıları üç həftədən bəri Nəcəf şəhərində davam edən qarşıdurmanın qarşısını almağa və İmam Əli məscidini dağılmaqdan xilas etməyə çağırıb. Radikal ruhani Moqtəda Əl-Sədrin Mehdi ordusunun yaraqlıları üç həftədən bəri İmam Əli məscidində Birləşmiş Ştatlar və İraqın milli qvardiyasına qarşı vuruşurlar. İraq hökuməti qarşıdurmaya son qoymaq üçün geniş hərbi əməliyyata başlayacağı və Birləşmiş Ştatlar hərbi qüvvələrinin İmam Əli məscidinə daxil ola biləcəyi barədə xəbərdarlıq edib. Bu gün Moqtəda Əl-Sədrə sadiq Mehdi ordusunun yaraqlıları ilə İraqın hərbi qüvvələri arasında şiddətli vuruşmalar baş verib. Əl-Sədr iki həftədən bəri ictimaiyyət arasında görünmür.

XS
SM
MD
LG