Accessibility links

Amerikada yoxsulların sayı artır - 2004-08-26


Birləşmiş Ştatların əhalinin qeydiyyata alınması bürosunun hesabatına görə 2003-cü ildə Amerikanın yoxsul və tibbi sığırtası olmayan vətəndaşlarının sayı artmışdır. 2002-ci ildə yoxsulluq içərisində yaşayanlar ölkə əhalisinin 12.1, başqa sözlə 34.5 milyonunu təşkil edirdisə, ötən il bu göstərici 12.5, yəni 35.8 milyona yüksəlmişdi. Səhiyyə xidmətlərindən istifadə edə biləməyənlərin sayı 45 milyon təşkil edir.Demokratların bu hesabatdan prezident seçkilərində Corc Buşun əleyhinə istifadə edəcəkləri gözlənilir.

XS
SM
MD
LG