Accessibility links

Əfqanıstanda zorakılıqlar davam edir - 2004-08-29


Əfqan polisi bildirir ki, Kabilin beynəlxalq təşkilatların yerləşdiyi Şəhəre-Nov bölgəsində maşına yerləşdirilmiş bomba partlayışı nəticəsində iki əcnəbi daxil olmaqla, 4 nəfər həlak olub. Əfqanıstanın cənub-şərqi Paktiya vilayətinin Zormat şəhərinin bir mədrəsəsində baş verən partlayış nəticəsində 9 uşaq və 1 kişi həlak olmuş, azı 15 nəfər yaralanmışdır. Əfqanıstan hökuməti və Birləşmiş Ştatların başçılıq etdiyi koalisiya hadisənin dünən axşam baş verdiyini bildirmişlər. Birləşmiş Ştatların hərbi qüvvələrinin bəyanatında qeyd edilib ki, koalisiya hadisə yerinə dərhal tibbi yardım göndərib. Koalisiya hadisənin araşdırılmasında yerli hökumətə yardım göstərir. Əməliyyatın məsuliyyətini hələlik heç kim üzərinə götürməyib.

XS
SM
MD
LG