İraqdakı İslamçı grup Türkiyənin başqa bir yük maşını sürücüsünü girov götürüb. Onlar sürücünün işlədiyi şirkətin İraqdakı güvvələrlə əməkdaşlığa son goymadığı təqdirdə sürücünü gətlə yetiləcəkləri ilə hədələyib. Əl-Ərəbiyyə televiziyzsı bu gün girov barədə video yayımlanmışdır. Özlərini İslamçı Mügavimət Hərəkatı adlandıran grup bu məsələ ilə əlaqədar məsuliyyəti öz üzərinə götürmüşdür. Eyni zamanda, Fransa rəsmiləri bundan əvvəl girov götürülmüş iki fransalı müxbirin tezliklə azad olunması etimalının olduğunu bildirmişlər. Girovlar avgust ayının 19-dan özlərini İraqdakı İslam Ordusu adlandıran grup tərəfindən saxlanılır.