Accessibility links

Fələstinlilərin tələbinə cavab verildi - 2004-09-05


Fələstinli yaraqlılar Qəzzə zolağının Xan Yunis bələdiyyə idarəsini işğal ediblər. Şəhər idarəsinin işğalı İsrailin hərbi qüvvələrinin şəhərin iki binasını dağıtmasından bir neçə gün sonraya təsadüf edir. Keçən həftə iki intiharçının İsrailin Biir-Şeva şəhərinə hücumu nəticəsində 16 nəfər həlak olmuş və təxminən 100 nəfər yaralanmışdı. İsrail buna cavab olaraq Xan Yunis şəhərinin iki binasını yerlə yeksan etmişdi. Fələstinlilər deyirlər ki, əməliyyat nəticəsində 40 ailə evsiz qalıb. İsrail isə yaraqlıların bu iki binadan İsraili atəşə tutduğunu bildirir. Fələstinli şahidlər deyirlər ki, Yasir Ərəfatın başçılıq etdiyi Fəth qrupundan ayrılan Əl-Aqsa şəhidlər birqadasının təxminən 15 yaraqlısı bu gün Xan Yunis şəhər idarəsini ələ keçirmişdi. Onların evsiz qalanların adından çıxış etdiklərini bildirilir. Yaraqlılar bələdiyyə idarəsini Fələstin Muxtar idarəsindən evsizlərə təzminatın veriləcəyi vədini əldə etdikdən bir saat sonra tərk etmişlər.

XS
SM
MD
LG