Accessibility links

Prezident Putin rusiyalıları terrorizmlə mübarızəyə çağırır - 2004-09-05


Rusiyanın cənubundakı Beslan şəhərində həlak olanların qohumları ölənlərin axtarışını davam etdirir. Xatırladaq ki, cümə günü şəhərində terroristlər məktəbi zəbt edərək mindən çox adamı girov götürmüşdülər. Yarısı uşaqlar olmaqla 350 nəfərin həlak olduğu bildirilir. Müxbirimiz Bill Gasperini Moskvadan xəbər verir ki, prezident Vladimir Putin təhlükəsizlik tədbirlərinin artırılacağını bildirib. Məktəbə edilən hücumdan iki gün keçir. Uşaqlarını və valideynlərini itirmiş Beslan şəhərinin bir çox sakini hələ onlardan xəbər bilmirlər. Döyüşlər zamanı yüzlərlə girov qaçmağa nail olmuşdu. Məktəbin idman zalında baş verən partlayışın səbəb olduğu yanğın zalın tavanını uçmuşdur. Məktəbin açılışı günü orada girov saxlanılanlardan xeyli adam yanmışdır. Təhlükəsizlik rəsmilərinin bildlrdiyinə görə hələ bir neçə həftə əvvəl güya məktəbi təmir edənlər kimi oraya daxil olan terroristlər məktəbə silah və partlayıcı qurğular keçirmişdilər. Dünən prezident Putin televiziya basitəsi ilə bu dəhşətli hadisə barədə danışarkən Rusiyanın heç vaxt belə şantajlara uymayacağını demiş, bütün rusiyalıları terrorizmlə mübarizəyə çağırmışdı. O, təhlükəsizliyin lazımi şəkildə təmin edilməməsinin ölkəni zəiflətdiyini demişdir. Putin demişdir: “Biz düşmənə zəiflik nümayiş etdirdik, zəifləri də döyərlər.” Rusiya prezidenti orada təhlükəsizliyin təmin edilməsinin tez bir vaxtda artırılacağını və yeni ölçülər götürüləcəyini bildirdi. Rusiyanın cənubundan rəsmilər məktəbi zəbt edən 26 nəfər arasında çoxu ərəb dövlətlərindən olmaqla xarici vətəndaşların da olduğunu bildirirlər. Lakin xəbər hələ təsdiq olunmasa da prezident Putin Rusiyanın çeçen separatçılarına qarşı sərt mövqeyinə səbəb kimi xarici düşmənləri də qeyd etmişdir. Bir çox təhlilçinin fikrincə bu kəskin siyasət çeçen ekstremistlərinin ehtiraslarının artmasına yol açır. Bu isə öz növbəsində İslamçı militantların onların sıralarında yer almasına yardım edir. Cənab Putin Çeçenistala bağlı mövqeyində hər-hansısa yumşalma tərəfdarı olduğunu göstərməmişdi. O, dəfələrlə Qərb liderlərinin Çeçenistan münaqişəsinin siyasi yolla həlli təkliflərini rədd etmişdir.

XS
SM
MD
LG