Accessibility links

Girovdarlar yeni tələb irəli sürüb - 2004-09-06


Fransız jurnalistləri girov saxlayan İraq militantları 5 milyon dollar da daxil edilməklə yeni tələblərinin həyata keçirilməsinə 48 saat möhlət veriblər. İraqın İslam Ordusu adından İnternet vasitəsi ilı açılanan bəyanat Fransa rəsmilərinin giroovlarla bağlı nikbinlik ifadə etmələrindən sonraya təsadüf edir. Girovdarların ilkin tələbi Fransa məktəblərində müsəlman qızların baş örtmələrinə icazə verilməsi idi. Bununla yanaşı, İordaniya və Türkiyə nümayəndələri İraqda 5 girovun azad edildiyini elan ediblər.

XS
SM
MD
LG