Pakistan rəsmiləri ABŞ-ın əks kəşfiyyat məsələləri üzrə yüksək səviyyəli rəsmisinin Üsəma Bin Ladenin axtarışında tərəqqi əldə edildiyinə dair nikbin bəyanatlarına etiraz ediblər. Pakistanın informasiya naziri Şeyx Rəşid Əhməd ABŞ Dövlət Departamentinin rəsmisi Kofer Bləkin açıqlamalarının “siyasi” mahiyyət daşıdığını və ölkəsinin Bin Ladenin harada olduğuna dair yeni informasiyaya malik olmadığını demişdir. Şənbə günü Pakistanın Geo televiziyasına müsahibəsi zamanı cənab Blək Birləşmiş Ştatlar və oun müttəfiqlərinin Bin Ladeni ələ keçirməyə yaxın olduğunu bəyan etmişdi.