Accessibility links

Israil Qəzzaya hücum edib - 2004-09-07


Fələstinlilər İsrailin Həmasın Qəzzadakı təlim bazasına qarşı hücumunun qisasının alınacağına and içiblər. Hücum zamanı Həmasın 14 üzvü həlak olmuş, yaxınlıqda olan 30 adam yaralanmışdır. Həmas üzvlərinin dəfn mərasimində 10 minlərlə insanın iştirak etdiyi xəbər verilir. Mərasim zamanı İsraildən intiqam alınması çağırışları səslənmişdi. Həmasın sözçüsü Mahir Əl-Məsri İsrailin bu hərəkətlərinin cəzasıq qalmayacağını demişdir. Həmas sözçüsü İsrailin qrupun yay düşərgəsini hücuma məruz qoyduğunu bildirmişdir. İsrail ordusu isə bu düşərgənin bomba, intihar kəmərləri hazırlanması, kamikadzelərin yahudi ərazilərinə keçmələri və partladıcı qurğulardan necə istifadə edilməsini öyrətmək məqsədi ilə işləndiyini bildirir. İsrailin baş nazir müavini Ehud Olmert bildirib ki, bugünkü reyd militantlara qarşı hücum planının bir hissəsi idi. Fələstinin baş naziri Əhməd Qureya reydin yalnız intiqama çağırdığını və buna əsas verdiyini demişdir.

XS
SM
MD
LG