Demokratlar partiyasından prezidentliyə namizəd Con Kerri İraqda min Amerika əsgərinin ölümünü “faciəli mərhələ” adlandırıb. Senator Kerri bu sözləri bu ilki prezident seçkilərininm müqəddartını həll edə biləcək əsas ştatlardan biri olan Ohayoda çixişi zamanı deyib. Bundan başqa o bildirib ki, prezident Buş İraq məsələsində “səhv gərar” gəbul edib və Amerikanı işsizlik kimi daxili problemlər garşısında acız goyub. Bu gün cənab Kerri Minnesota və Ayova ştatlarında seçkigabağı kampaniyasını davam etdirəcək. Prezident Buş isə Florida ştatında gasırganın nəticəsindəki dağıntılarını araşdırmaq məqsədilə oraya səfər edəcək.