Accessibility links

Türkiyə AB büdcəsinə ziyan vura bilər - 2004-09-10


Avropa Birlyinin kənd təsərrüfatı komissiyasının üzvü Frants Fişler Türkiyənin birliyə üzvlüyü ilə bağlı danışıqları sual altına alıb. Britaniyanın Financial Times qəzetinin yazdığına görə cənab Fişler 9 səhifəlik məktubunda Türkiyədə fundamentalism hərəkatının gücləndiyinə dair xəbərdarlıq verərək bildirir ki, Türkiyənin Avropa Birliyinə üzvlüyü 14 milyard dollar bahasına başa gələ bilər. Belə ki, Türkiyənin kənd təsərrüfatı subsidiyaları birliyin büdcəsinə ziyan vura bilər. Bu həftənin əvvəlləri birliyin üzvü Günter Verheugen demişdi ki, Türkiyə üzvlüyə doğru müsbət addımlar atsa da, hələ görüləsi çox iş galır. Cari ayın 23-də Türkiyənin baş naziri Recəb Teyyub Ərdoğanın Avropa Parlamenti liderləri ilə görüşü gözlənilir.

XS
SM
MD
LG