Accessibility links

Amerika məşum 2001-ci il, Sentyabrın 11-i hadisələrini anır - 2004-09-11


Prezident Buş 11- sentyabrın ildünümü münasibətilə Amerika xalqına radio ilə etdiyi müraciətində terrorçulara qarşı aparılan müharibədə qələbə əldə ediləcəyinə vəd verib. Prezident Buş Ağ evin yaxınlığındakı Müqəddəs Con Episkopal kilsəsində 11 sentyabrın qurbanlarını yad etmək üçün təşkil edilmiş dini mərasimdə həyata yoldaşı ilə birlikdə iştirak etmişdir. Kilsənin keşişi Luis Leon xütbəsində deyib ki, biz ağrını bizə gətirənlərə nifrət etməməliyik. O, Amerikalıları bu ağırını gətirənlərin ruhuna dua oxumağa çağırıb. Prezident Buş, onun həyata yoldaşı, və Ağ Evin bir neçə yüz əməkdaşı və Konqressin liderləri səhər saat 8:46 dəqiqədə bir dəqiqəlik sükut etmişlər.

Üç il əvvəl terrorçular saat 8-46-dəqqidə Amerikanın 11- nömrəli sərnişin təyyarəsni Nyu Yorkun Dünya Ticarət Mərkəzinin şimal qismindəki binasına çarpmışlar. Prezident Buş 11- sentyabrda həlak olanların qohum-əqrabaları ilə birlikdə bu ildünümünü qeyd etmişdi. O, radio vasitəsilə Amerika xalqına etdiyi ənənəvi müraciətində deyib: "Sentyabrın 11-dəki terrorçuların hücumların ölkəmiz üçün dönüşnöqtəsidir. Biz düşmənlərimizin adamları qətlə yetirmələrini və Amerikanı dünyadan ayırmaq istədikləri məqsədlərini hiss etdik. Dövlətimiz bu missiyanı qəbul edib. Biz düşmənə qələbə çalacayıq."

Prezident Buş deyir ki, Amerika indi üç əvvəlinə nisbətədən daha təhlükəsizdir. O,Birləşmiş Ştatların kəşfiyyat iorqanlarında islahatların həyata keçirməsi üçün Konqres ilə birlikdə işlədiyini bildirmişdir.

XS
SM
MD
LG