Accessibility links

İranın nüvə proqramı narahatçılığa səbəb olub - 2004-09-13


Avropa Birliyinin Xarici İşlər Nazirləri Brüsseldə keçirdikləri yığıncaqlarında İranın nüvə programı məsələsini də müzakirə edirlər. Britaniya, Fransa və Almaniya İranın mübahisəli nüvə proqramı əlaqədar Avropa Birliyinin diplomatik təşəbbüsünə başçılıq edirlər. Britaniyanın Xarici İşlər Naziri Jack Stravv Brüssel toplantısına gələn vaxt, müxbirlərə deyib ki, İrana nüvə programından yalnız dinc məqsədlər üçün istifadə edilməsinə təzyiqlər göstərilməlidir.O deyib ki, 15 ay əvvəl Fransa, Almaniya və biz bir araya gələn vaxt bu məsələni bir dəfəlik həll etməy çalışmışıq. Bu işi həll etmək üçün İran uranın zəginləşdirilməsi programını tamamilə dayandırmalıdır.” Cənab Stravv bildirib ki, keçən oktyabrda Tehran uranın zənginləşdirilməsi programı dayandırmağa söz vermişdi. İndi isə o, uranın zənginləşdiriməsi proqramını davam etdirir. Bu isə İranın nüvə silahları istehsal etməyə çalışması ehtimalından narahatçılığa səbəb olub. İranın bu mövqeyi beynəlxalq ictimaiyyətin tələbinə uyğun gəlmir. Birləşmiş Ştatlar İrana bildirib ki, əgər bu məsələdə beynəlxalq ictimaiyyət ilə əməkdaşlıq etməsə, BMT-nin təhlükəsizlik Şurasının sanksiyalarına məruz qala bilər.

XS
SM
MD
LG