Accessibility links

Kolin Pauell Rusiyanı demokratik islahatlara sadiq qalmağa səsləyir - 2004-09-14


Birləşmiş Ştatlar Dövlət Katibi Kolin Pauell Rusiyada məlum terror hadisələrindən sonra cərəyan edən siyasi dəyişikliklərdən narahat olduğunu bildirmişdir. Röyterz xəbərlər agentliyinə verdiyi müsahibədə cənab Pauell Vladimir Putinin addımlarını Rusiyanın demokratik isalahtlardan geri-çəkilməsi kimi qiymətləndirmişdir. Belə ki, Amerika Rusiyanın açıq və demokratik cəmiyyət olmasını arzu edir. Dünən Prezident Putin indən belə vilayət qubernatorlarını özünün şəxsən təyin edəcəyini və parlamentdə iştirak edə biləcək partiyaların sayını məhdudlaşdıracağını elan etmişdir. İslahatçılar Putinin bu addımlarını demokratiyaya hücum adlandırmışlar.

XS
SM
MD
LG