Accessibility links

İraqda iki partlayış baş verib - 2004-09-14


İraq rəsmilərinin verdiyi xəbərə görə bu gün Bağdadda polis təlimi mərkəzinin yanında baş vermiş partlayış 47 nəfərin ölümü, 100-dən çox adamın yaralanmasına səbəb olmuşdur. Bir neçə saat sonra isə ikinci partlayış şəhəri titrətmişdir. Hadisənin detalları hələlik aydın deyil. Şimali Baquba şəhərində 11 polis və onların mülki sürücüsü qətlə yetirilmişdir. İslamçı İnternet səhifəsində Əbu Müsab əl-Zərqavinin terror şəbəkəsi hücumların hər ikisi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Bundan əlavə Sünnilərin məskunlaşdığı Ramadi şəhərində qiyamçılarla Amerika əsgərləri arasında baş verən döyüşlərdə ən azı 10 nəfər adam həlak olmuşdur. Mosulda isə patrulluq edən 1 Amerika əsgəri öldürülmüş, 5-i isə yaralanmışdır. Əlavə edək ki, İraqın baş naziri İyad Ələvi bu gün Brüsseldə NATO və Avropa Birliyi rəsmiləri ilə danışıqlar aparır. Danışıqların əsas mövzusu İraqda təhlükəsizliyi təmin etmək üçün Avropalıların İraq polisinə təlim keçməsidir.

XS
SM
MD
LG