Accessibility links

Rusiyada insan hüquqları müdafiəçiləri təzyiqlərə məruz qalır - 2004-09-15


Vyanada yerləşən Beynəlxalq Helsinki İnsan Hüquqları Federasiyası Rusiyanın İnquş və Çeçen respublikalarındakı vəziyyətlə əlaqədar “İnsan hüquqları müdafiəçilərinin sükutu” adlı araşdırma sənədi dərc etmişdir. Federasiyanın bildirdiyinə görə Rusiyanın bu respublikalarında 1999-ci il çeçen münaqişəsinin yenidən qızışmasından sonra insan hüquqları müdafiəçilərinə qarşı təzyiq və təqibləri artmışdır. Sənəddə deyilir ki, indiyədək 141 iş qeydə alınmışdır. Buraya 13 qətl, 4 yoxa çıxma və 19 nəfərin ingəncə və döyülmələrə məruz qalması halları daxildir.

XS
SM
MD
LG