Accessibility links

Azərbaycanda din azadlıqları pozulur - 2004-09-16


Birləşmiş Ştatlar Dövlət Departamenti bu günlərdə özünün dini azadlıqlar haqda illik hesabatını açıqlayıb. Demokratiya, insan hüquqları və əmək bürosunun hazırladığı hesabatda Azərbaycana xüsusi yer ayrılır. Sənəddə deyilənə görə, baxmayaraq ki, Azərbaycan konstitutsiyasına görə insanlara etiqad azadlığı verilir, praktikada Azərbaycan hökuməti bu azadlıqları məhdudlaşdırmaqda və pozmaqda davam edir. Azərbaycan hökumətinin din azadlığını əzməyə yönəlmiş ölçülərinə dini qrupların qeydiyyatdan keçilməsinin gecikdirilməsi, dindarların sıxışdırılması və dini ədəbiyyatın idxalının qarşısı alınması daxildir. Hesabat Amerika hökumətinin Azərbaycan rəsmiləri ilə bu mövzuda müzakirələr apardığını qeyd edir.

XS
SM
MD
LG