Accessibility links

Con Kerri və Corc Buş bərabər dəstəyə malikdir - 2004-09-16


Uol Street Journal qəzeti tərəfindən nəşr edilmiş son rəy sorğuları Prezident Buşla onun Demokratik rəqibi Con Kerrinin seçicilər arasında demək olar ki, bərabər dəstəyə malik olduğunu göstərir. Harris İnteraktiv Sorğusu Senator Kerrinin 48 faizlə Prezident Buşdan bir faiz qabaqda getdiyini göstərir. Sorğuya əsasən seçicilərin 51 faizi Prezident Buşun Noyabrda yenidən prezident seçilməyə layiq olmadığını düşünür. Bu son rəy sorğusu qarşı tərəflərin prezident seçkilərinə 7 həftə qalmış intensivləşən mübarizəsi vaxtına təsadüf edir.

XS
SM
MD
LG