Accessibility links

İraqda girvodarlar qadın məhbusların buraxılmasını tələb edirlər - 2004-09-18


İraqda militantlar bu həftənin əvvəllərində girov götürdükləri iki amerikalı və bir britaniyalını öldürəcəkləri barədə hədə-qorxular gəliblər. Əl-Cəzirə televiziya kanalı özünü Tovhid və Cihad adlandıran bir qiyamçı qrupun yaydığı bəyanatında qeyd edilib ki, əgər Birləşmiş Ştatlar 48 saat ərzində İraqda həbsdə olan qadınları azad etməsə, girov saxladıqları amerikalı Eugene Armstrong və Jack Hensley, həmçinin Britaniyalı Kenneth Bigleyni öldürəcəklər. Bu üç girovün üçü də inşaatçıdır. Tovhid və Cihad qrupundan Əbü Mussab Zərqavi və Əl-Qaida terror şəbəkəsilə əlaqəli olmaqda şübhələnilir. İraqda qadın məhbuslar Umm Qəsr və Əbu Greyb həbsxanasında saxlanılır. Bu həbsxanaların keşikçiləri amerikalılardır. Amerika rəsmiləri yaraqlıların bu tələbinə cavab verməyiblər.

Bu arada bir intiharçının Kərkükdə İraq milli qvardiyasının Baş Qərargahı yaxınlığında maşına yerləşdirilən bombanı partlatması nəticəsində azı 20 nəfər həlak olmuş, 50-dən çox adam yaralanmışdır.

Bağdadın beynəlxalq hava limanına gedən yolda bir sıra mina partlayışları baş verib. Xəbərlərdə qeyd edilib ki, militantlar minaları Amerika maşın karvanına qarşı torpaqda gizlətmişlər. İtki barədə məlumat əldə edilməyib. Bəsrədə də Britaniyanın əsgərləri bu gün də Müqtəda Əl-Sədrə sadiq yaraqlılarla döyüşmüşlər. Azı 5 nəfərin yaralandığı bildirilir.

XS
SM
MD
LG