BMT nüvə agentliyi İrana dair güzəştli qətnamə qəbul etmişdir. Qətnaməyə əsasən İran dərhal uran zənginləşdirilməsi proqramına son qoymalıdır. Əvəzində Tehrana qarşı BMT Təhlükəsizlik Şurasıın sanksiyaları tətbiq edilməyəcək. Bu gün qəbul edilmiş qətnamə İrana bu faəliyyəti dayandırmaq üçün Noyabrın 25-ə qədər vaxt verir. Əgər Noyabrın 25-də BMT Nüvə Agentliyinin sədarəti İranın qoyulan şərtlərə əməl etmədiyi qənaətinə gələrsə, onda Təhlükəsizlik Şurasının sanksiyaları tətbiq edilə bilər. Xatırladaq ki, Birləşmiş Ştatlar və başqa ölkələr İranı gizlincə nüvə silahı əldə etməkdə günahlandırırlar. Tehran isə nüvə proqramının sülhpərvər məqsədlər daşıdığını israr edir.