Avropa Komissiyasının bildirdiyinə görə Türkiyənin birliyə üzvlüyü ilə bağlı danışıqlar Ankaranın qanuni islahatlar həyata keçirmədiyi təqdirdə baş tumayacaq. Bu gün birliyin sözçüsü Jan Krostof Filori Brüsseldə deyib ki, Türkiyə mülki qanunlarına düzəlişlər etməlidir. Avropa Birliyi oktyabr ayının 6-da Türkiyənin siyasi və iqtisadi normaları qarşıladığına dair hesabatını açıqlamalıdır. Hesabat danışıqlara start verilməsində əsas götürüləcək.