Accessibility links

Əl-Qaidə və Taleban liderləri yığıncaq keçirir - 2004-09-20


Birləşmiş Ştatların hərbi rəsmiləri Əl-Qaidə terror şəbəkəsi və Taleban liderlərinin Əfqanıstanda keçiriləcək prezident seçkilərinin qarşısını almaq üçün Pakistanda yığıncaq keçirdiklərini bildirirlər. Pakistanla Əfqanıstanın sərhəd məntəqəsində keçirilən yığıncaqda Əl-Qaidə, Taliban və Hezbe-İslamı Gülbuddinin üzvləri iştirak edirlər. Birləşmiş Ştatların hərbi qüvvələrinin nümayəndəsi mayor Skott Nelson Kabildə müxbirlərə deyib ki, yaraqlılar oktyabrın 9-da keçiriləcək prezident seçkilərini pozmaq üçün səylərini gücləndirməyə çalışırlar. Onun sözlərinə görə, yaraqlıların bununla yanaşı, hücumlar haqda təbliğatı genişləndirəcəyi gözlənilir.

XS
SM
MD
LG