Accessibility links

Qlobal yoxsulluq problem olaraq qalır - 2004-09-21


Qlobal aclıq, habelə dünyanın zəngin və yoxsul ölkələri arasındakı fərq BMT-də müzakirəyə qoyulan məsələlərdəndir. 50-dən artıq dünya ölkəsinin lideri ildə 50 milyard dolların hansı yollarla əldə edilib, dünyanın 1 milyard insanına yardım edilməsi yollarını müzakirə ediblər. Yoxsulluq ölkəsindən asılı olaraq hər bir insan üçün müxtəlif məna kəsb edir. Məhz buna görə yoxsulluğun səviyyəsini müyyən etmək asan deyil. Qlobal yoxsulluqla mübarizə aparan iki aparıcı təşkilat-Dünya Bankı və Beynəxalq Valyuta Fondu “gündə bir dollar” standartı ilə yoxsulluğun səviyyəsini endirməyə çalışır. Bu isə o deməkdir ki, gündə bir dollardan az gəliri olan insanlar yoxsul hesab edilirlər. Bu standarta əsasən Böyük Səhraaltı ölkələrdə yoxsulluq səviyyəsi 50 faiz təşkil edir. Dünya Bankının təxminlərinə görə dünya əhalisinin 1.3 milyardı, yəni 6-da 1-i bu gün yoxsulluq içərisində yaşayır.

XS
SM
MD
LG