Accessibility links

Rusiya nüvə silahı əldə etmək istəyənlərin əleyhinədir - 2004-09-24


Rusiya preidenti Vladimir Putin İranı Beynəlxalq Atom Enerjisi Agentliyinin tələblərinə cavab verməyə çağırıb. Rusiya lideri İranın nüvə silahlarına ehtiyacı olmadığını və nüvə silahı əldə etməyə çalışan hər bir ölkənin əleyhinə olduğunu bildirib. Qeyd edək ki, Rusiya Amerikanın etirazlarına baxmayaraq, İrana nüvə reaktoru inşa etməyə yardım göstərir. Moskvada keçirilən mətbuat konfrasnında çıxış edən cənab Putin terrorizmlə mübarizədə mətbuatın rolunun əhəmiyyətini də vurğulamışdır. O, Rusiyanın demokratiya istiqamətində irəliləyəcəyi demişdir.

XS
SM
MD
LG